Xaçmazda polislər qan verdi- Foto

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçiriblər.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya instititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində gerçəkləşən humanist aksiyada Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib.

Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Tarix
11 May 2020 [12:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-11 12:17:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin