Mikayıl Cabbarov: “Əhalinin qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur” - VİDEO

18:52 - 14 Mart 2020 - Cəmiyyət

“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”. 

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib. 

Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.
/oxu.az 

Xəbər xətti