Hollandiya millisi Millətlər Liqasının finalına yüksəlib

09:00 - 7 İyun 2019 - İDMAN

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşlaşması keçirilib.

"Afonso Enrikiş" stadionunda keçirilən oyunda Hollandiya və İngiltərə yığmaları qarşılaşıblar. Oyun Hollandiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Markus Reşford (32-ci dəqiqə), Matteys de Liqt (73-cü dəqiqə), Kayl Uoker (97-ci dəqiqə, avtoqol) və Kvinsi Promes (114-cü dəqiqə).

Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək./trend

Xəbər xətti