“Nepartak” 83 can aldı

10:30 - 18 İyul 2016 - DÜNYA

Çinin Futsyan əyalətində  dağıdıcı “Nepartak” qasırğası nəticəsində ölənlərin sayı  83-ə çatıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 19 nəfər itkin düşmüş hesab edilir.

 

Ümumilikdə, “Nepartak” qasırğasından  650 min nəfər zərər çəkib.  500 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

 

 İlkin hesablamalara görə,  ölkəyə  135 milyon ABŞ dolları  məbləğində ziyan dəyib.

Xəbər xətti