Lazım gələrsə, Qəzzada döyüşləri yeni güclə bərpa ediləcək - Netanyahu

23:02 - 18 Yanvar 2025 - DÜNYA

İsrail, lazım gələrsə, Qəzza zolağında hərbi əməliyyatları “yeni üsullarla və bütün gücü ilə” bərpa etməyə hazır olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində deyib.

O, atəşkəs razılaşması üzrə danışıqlar zamanı bu tələbdə israrlı olduğunu və bu məsələdə ABŞ-ın dəstəyindən istifadə etdiyini vurğulayıb.
 “Əgər biz hərbi əməliyyata qayıtmalı olsaq, bunu edəcəyik və yeni üsullardan istifadə edib bunu böyük güclə edəcəyik”, - baş nazir bildirib.

Netanyahu qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şəxsi telefon danışığında onu əmin edib ki, indiki mərhələdə bu, Fələstin anklavında yalnız müvəqqəti atəşkəsdir.

Xəbər xətti