Bu il ərzində “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub.
ADY-dən Ucnoqta.az-a verilən məlumata görə, nəticədə heyvanlar tələf olub, qatarlara zərər dəyib.
Məlumata görə, bu kimi hallarda maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır:
“Bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır”.