Neftin qiyməti ucuzlaşdı

19:24 - 13 Noyabr 2024 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 29 oktyabr 2024-cü ildən bəri ilk dəfə olaraq 71 dollar/bareldən aşağı düşüb.

Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 1,29% azalaraq 70,79 dollar olub.

Eyni zamanda, WTI markalı xam neftin dekabr çatdırılması üçün fyuçersləri 1,69% dəyər itirərək bir barel üçün 66,97 dollara düşüb.

Eyni zamanda birjalar qızıl fyuçerslərinin qiymətlərində azalma və bitkoinin qiymətində artım qeyd ediblər.

Xəbər xətti