Ukraynanın itkiləri açıqlanıb - SİYAHI

15:19 - 18 İyul 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub

Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Rusiya Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini, Fransa istehsalı olan 3 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 6 ədəd HİMARS reaktiv yaylım atəş sistemini və 74 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 629 təyyarə, 277 helikopter, 27 783 pilotsuz uçuş aparatı, 552 zenit-raket kompleksi, 16 608 tank və digər zirehli döyüş maşını, 1379 reaktiv yaylım atəşli döyüş maşını sistemlər 12 037 səhra artilleriya qurğusu və minaatan, 23 800 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xəbər xətti