İsrail Livanla sərhədə tanklar toplayıb

00:05 - 1 Mart 2024 - DÜNYA

İsrail ordusunun komandanlığı Livanla sərhəddə qoşun qruplaşmasını gücləndirib, ora zirehli texnika və əlavə hərbi qüvvələr göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Yuxarı Qalileyanın sərhəd bölgələrinə tank koloniyası və zirehli transportyorlar yerləşdirilib. Portal tankların və əlavə mexanikləşdirilmiş patrulların yerləşdirilməsini son günlər tərəflər arasında hərbi əməliyyatların intensivliyinin artması ilə əlaqələndirir.

Xəbər xətti