Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə silsilə zərbələr endirib

19:18 - 22 Fevral 2024 - DÜNYA

Böyük Britaniya və ABŞ qüvvələri Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına qarşı dörd zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə radikalların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Yəmənin Əl-Hodeyda əyalətinin Əl-Cabban bölgəsi hücuma məruz qalıb. Səmada aviasiya uçuşları davam edir.

Xəbər xətti