Çin dünyanın ən dərin quyularından birini qazmağa başlayır

06:54 - 7 İyun 2023 - MARAQLI

Çinin şimal-qərbindəki Sintszyan bölgəsindəki səhrada ölkənin ən dərin quyusunda qazma işlərinə başlanılıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, plana əsasən, dərinliyi 11100 metr olan ensiz şaxta qazılacaq ki, bu da 10 kontinental təbəqədən keçərək yer qabığında təbaşir sisteminə - 145 milyon il əvvələ aid qaya laylarına çatacaq. Çinin “Yerin dərinliklərində kəşfiyyatda mühüm mərhələ” adlandırdığı layihənin 457 gün ərzində tamamlanacağı gözlənilir.

Dərin quyu Çinə Yerin daxili quruluşunu və təkamülünü öyrənməyə, həmçinin geoelm tədqiqatları üçün məlumatları paylaşmağa imkan verəcək.

Qazma üçün çəkisi 2000 tondan çox olan və 200 dərəcə Selsiyə qədər yeraltı temperatur və yerüstü ilə müqayisədə 1300 dəfə yüksək olan atmosfer təzyiqi üçün nəzərdə tutulmuş avadanlıqdan istifadə olunur. Qazma işlərini həm də yerli iqlim çətinləşdirir - layihə ölkənin ən isti və quraq səhrasında həyata keçirilir.

Hazırda ən dərin quyunun tikildiyi Çinin Sincan bölgəsi faydalı qazıntı yataqları və neftlə zəngindir. Mayın əvvəlində Çinin ən böyük neft emalı zavodu olan "Sinopec Tarim" hövzəsində yer səthinin 8500 metrdən çox altındakı kəşfiyyat quyusunda əhəmiyyətli neft və qaz axını aşkar edib.

Xəbər xətti