"Nissan" yarım milyondan çox avtomobili geri çağırır

12:09 - 27 Yanvar 2023 - AVTO

Yaponiyanın "Nissan" avtomobil istehsalçısı hibrid mühərriklərdə enerji istehsal sistemində yaranan nasazlıq səbəbindən yarım milyondan çox müxtəlif modelli avtomobili geri çağırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki. bu barədə cümə axşamı Kyodo agentliyi məlumat yayıb.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, daxili bazarda satılan üç modeldən ibarət 527 491 avtomobil, o cümlədən "Serena" mikroavtobusu geri çağırılmalı və pulsuz təmir edilməlidir. Bu nasazlıq nəticəsində hər hansı insident və insan tələfatı qeydə alınmayıb.

Ruhəngiz

Xəbər xətti