Kanadan İrana qarşı sanksiyalar tətbiq edib

19:00 - 9 Dekabr 2022 - DÜNYA

Kanada hökuməti İran, Rusiya və Myanmada insan haqlarının pozulması ilə bağlı fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melanie Joli  bildirib.

İrana qarşı sanksiyalar İranda 22 nəfəri, o cümlədən Məhkəmə sisteminin, həbsxanaların yüksək vəzifəli şəxsləri, bir sıra hökumət nümayəndələri və dövlət #mediasının rəsmilərini əhatə edir.

Qeyd edək ki, sözügedən #sanksiyalar son etiraz nümayişləri zamanı həbs edilmiş Mohsen Şekarinin #edam edilməsindən sonra tətbiq edilib.

Emin

Xəbər xətti