"İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi" - Kadi Borges

22:55 - 1 Oktyabr 2022 - Xəbər

"Neftçi"yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik".

Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

""Bu gün qol vurub qızıma həsr etdim. Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm", - Borges bildirib.

Xəbər xətti