Avtomobillə iki nəfəri vuran sürücü hadisə yerindən qaçıb

08:41 - 15 Avqust 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Belə ki, Allahverdiyev Raul Aqil oğlu və Məmmədov Emil yolu piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçiblər.

Bu zaman onları avtomobil vurub.

Sürücü isə idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə ərazidən uzaqlaşıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.///apa

Xəbər xətti