Zaqatalada it 3 yaşlı uşağa xəsarət yetirib

Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.

Bu gün səhər saat 09 radələrində rayonun Bəhmətli kənd sakini, 2019-cu il təvəllüdlü Adəm Cəlil oğlu Qurbanov sol göz nahiyəsinin və çənənin aşıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 3 yaşlı A.Qurbanova səhər saatlarında yaşadığı ünvanda ailəsinə məxsus itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub. A.Qurbanova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.///apa

Tarix
22 May 2022 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-22 15:06:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin