Gəncədə avtomobil piyadanı vurub

21:21 - 28 Noyabr 2021 - HADİSƏ

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan olan "Volkswagen-Passat" markalı avtomobil yolu keçmək istəyən Namiq Quliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti