Masazırda motosiklet avtomobillə belə toqquşdu - ANBAAN VİDEO

23:28 - 25 Sentyabr 2021 - HADİSƏ

Masazır qəsəbəsində motosikletlə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza anı anbaan yaxınlıqdakı nəzarət kamerasına düşüb.

Ucnoqta.az xəbər verir ki, hadisə minik avtomobilinin sürücüsünün səhlənkarlığı nəticəsində baş verib. Belə ki, yolayrıcında sola dönən "VAZ" markalı avtomobilin sürücüsü qarşıdan düzünə gedən motosikletə yol verməyərək onu vurub. Zərbənin təsirindən motosikletin sürücüsü dünyasını dəyişib.

Bu səbəbdən bir neçə moped və motosiklet sürücüsü bu gün hadisə baş verən əraziyə yığışaraq dünyasını dəyişən sürücünü yad etmək məqsədilə aksiya keçiriblər.


///avtosfer.az

Xəbər xətti