Ronaldo evini qeyri-adi səbəbə görə dəyişdi - Foto

19:24 - 16 Sentyabr 2021 - MARAQLI

Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo qeyri-adi səbəbdən başqa evə köçmək qərarına gəlib.

Mənzilinin yaxınlığında qoyun fermasının olması 36 yaşlı oyunçunun xoşuna gəlməyib.

Bu heyvanların səsi Kristianonun yatmasına mane olub. Ronaldo oyundan sonra istirahətə və sağlamlığa çox diqqət yetirən olduğuna görə evini dəyişdirməyə qərar verib.

Qeyd edək ki, Ronaldonun yeni evinin qiyməti 3 milyon dollardır.


Xəbər xətti