Əfqanıstanda ard-arda partlayış: 7 ölü, 6 yaralı

00:08 - 13 İyun 2021 - DÜNYA

Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat katibinin müavini Əhməd Ziya məlumat yayıb.

Partlayış mülki şəxsləri daşıyan iki mikroavtobusda törədilib. Nəticədə 7 nəfər ölüb, 6-sı isə yaralanıb.

Qeyd edək ki, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.///axar.az

Xəbər xətti