Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda ard-arda partlayış: <font color=red><b>7 ölü, 6 yaralı</b></font>

00:08 - 13 İyun 2021 tarixində dərc olunub.

Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat katibinin müavini Əhməd Ziya məlumat yayıb.

Partlayış mülki şəxsləri daşıyan iki mikroavtobusda törədilib. Nəticədə 7 nəfər ölüb, 6-sı isə yaralanıb.

Qeyd edək ki, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.///axar.az

Müəllif: