10 sot torpağı olan da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur- Millət vəkili

10:33 - 6 Avqust 2020 - Xəbər

"Milli Məclisin Plenar İclasında «Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsi müzakirə olundu. Layihədə təkliflər edilən düzəlişlər ilə yanaşı qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələr ilə bağlı təkliflər ilə çıxış etdim."

 Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, qanunun 4-cü maddəsinə görə pay torpağı olan bütün vətəndaşlar məşğul şəxslər hesab edilir: 
"Bu baxımdan qanununun bu maddəsində difersinial yanaşmanın tətbiqinə ehtiyac var. İnkişaf etmiş ölkələrində bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər".

Vüqar Bayramov 20 sotadək pay torpağı olanların məşğul hesab olunmamasını təklif edib: "Onlara sosial proqramlara müraciət imkanı verilsin. Yaınız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər".

Xəbər xətti