“Təcili tibbi yadım” maşını qəzaya uğradı: içərisindəki xəstə öldü, 9 nəfər də yaralandı - FOTO

13:15 - 23 Noyabr 2019 - HADİSƏ

Türkiyənin Ağrı vilayətində “təcili tibbi yardım” maşının və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə Yüzüncü İl məhəlləsində qeydə alınıb.

Məlumata görə, içində xəstə olan Nihad Qaplanın idarə etdiyi 04 AB 703 qeydiyyat nömrə nişanlı ambulans, sürücüsünün adı və qeydiyyat nömrə nişanı məlum olmayan minik avtomobili ilə toqquşub.

“Təcili tibbi yardım”da olan xəstə Əminə Adıgözəl hadisə yerində dünyasını dəyişib, sürücülərin və səhiyyə işçilərinin də aralarında olduğu hər iki nəqliyyat vasitəsindəki 9 nəfər xəsarət alıb.

Yaralılar digər ambulanslarla Ağrı Dövlət Xəstəxanasına çatdırılıblar.

Müvafiq qurumlar tərəfində araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Xəbər xətti