Türkiyənin Afyonqarahisar vilayətində sərnişin avtobusunun TIR-la toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident Afyonqarahisar-Konya avtomagistralında qeydə alınıb. Hadisə yerinə polis və səhiyyə briqada əməkdaşları cəlb edilir. Yaralılar ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev