Dağıstan sərhədçiləri Azərbaycana gələn sərnişin avtobusundan 11 milyon rubl (292600 Azn) aşkarlayaraq müsadirə ediblər. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 27-də saat 21.00 radələrində “Yaraq-Kazmalyar” buraxılış keçid məntəqəsində qeydə alınıb.
Məlumata görə, pul bağlamaları salonunun müxtəlif hissələrindən tapılaraq çıxarılıb və araşdırılması üçün ekspertizaya göndərilib.
Bildirilir ki, sürücü ekspertizanın rəyinə qədər nəzarət altında saxlanılacaq.
Namiq Musayev