Aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birgə Astaraya istirahətə yollanıb.
Həftə sonunu övladları və həyat yoldaşı ilə keçirən aparıcı şəkillərini sosial şəbəkədəki səhifəsinə yükləyib: “Həyat sevdiklərinizlə gözəldir. Sizi çox sevirik, hər zaman dualarımızdasınız. Ən gözəl istirahət sevdiklərinlə bərabər olmaqdır”.
Qeyd edək ki, X.Hidayətqızı 2014-ci ildə türkiyəli müğənni Doğuşla ailə qurub. Cütlüyün bu evlilikdən 2 oğlu var./lent.az