Polis maşınının şüşəsinə vuraraq qaçan sürücü 6 nəfəri xəstəxanalıq etdi - FOTO

12:12 - 27 İyun 2019 - HADİSƏ

İstanbulda polisin qovaladığı avtomobil futboldan qayıdan 6 nəfəri vurub.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 27-si axşam saatlarında Ümraniyə qəsəbəsinin Aşağı Dudullu məhəlləsində qeydə alınıb.

Məlumata görə, Alemdağı küçəsində irəlilləyən 34 HZ 8545 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mutlu Çağtay Kəskin küçədə yoxlama aparan polis maşınının şüşəsinə vuraraq qaçmağa başlayıb. Qovalama zamanı həddindən artıq sürətli gedən Keskin əvvəlcə səkiyə sonrada qarşı zolağa keçərək futbol oynamaqdan qayıdan 6 nəfərə çırpılıb.

Qəzadan sonra sürücü və sərnişini nəqliyyat vasitəsindən enərək qaçıblar.

Hadisə yerinə çox sayda polis, səhiyyə və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları ilə Ümraniyə Təhsil və Araşdırma və İlhan Varank Təhsil Araşdırma xəstəxanasına aparılıblar.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Qaçan sürücü və sərnişini qısa müddət ərzində polis əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə götürülüblər.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq

Xəbər xətti