Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb
Bakı Nəqliyyat Agnetliyi avtobus qəzası ilə bağlı məlumat yayıb. BNA-dan Ucnoqta.az-a verilən məlumata görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib: "Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".
***
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.report
20 28
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb
Hadisə şahidlərinin Ucnoqta.az-a verdiyi məlumata görə, axşam saat 8 radələrində Bakı-Xırdalan marşurut xətti ilə hərəkət edən 119 saylı sərnişin avtobusu Beynəlxalq Avtovağzal yaxınlığında qəzaya uğrayıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb olunub.
Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.