Putin Zelenski ilə görüşü mümkün adlandırıb

16:09 - 7 Avqust 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Rusiya dövlətinin başçısı Kremldə Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündən sonra jurnalistlərlə söhbətində deyib. Putin bildirib ki, bununla belə, belə təmaslar üçün şərait yaranmalıdır:

“Mən artıq dəfələrlə demişəm ki, ümumiyyətlə buna qarşı deyiləm, bu, mümkündür.  Amma bunun üçün müəyyən şərait yaradılmalıdır. Amma təəssüf ki, biz hələ də belə şərait yaratmaqdan uzağıq” -- Putin qeyd edib.

Xəbər xətti