İtalyan məşqçi Quqlielmo Arena FİFA-nın Ümumnepal Futbol Assosiasiyasını (ANFA) dayandırmasından sonra Nepal milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş klub komandalarını çalışdıran italyan mütəxəssis bir neçə ay əvvəl avstraliyalı Mett Rossun getməsindən sonra milli komandaya rəhbərlik edib. Arena vəziyyəti diqqətlə araşdırdıqdan sonra "ANFA ilə müqaviləsinin ləğvi ilə bağlı qarşılıqlı razılığa" gələ bildiyini bildirib.