NATO İrana son hücumları zəruri hesab edir - Rutte

10:01 - 8 İyul 2026 - DÜNYA

NATO ABŞ-ın İrana son hücumlarını "tamamilə zəruri" hesab edir.

Ucnoqta.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte NATO sammitinə gələrkən jurnalistlərə bildirib.

"Mən onları tamamilə zəruri hesab edirəm. Gəmilərə hücum edildikdən sonra ABŞ-ın cavab verməsi vacibdir", - Rutte deyib.

O, həmçinin Hörmüz boğazının yenidən açılmalı olduğunu bildirib.

İyulun 8-də ABŞ İrana qarşı bir sıra yeni hücumlar elan edib. Bu hücumlar, İranın icazəsiz marşrutlarla Hörmüz boğazından keçməyə çalışan tankerlərə hücumlarına cavab olaraq həyata keçirilib.
Bunun qarşılığında İran Küveyt və Bəhreyndə ABŞ hərbi bazalarına raket və dron zərbələri endirib.

Xəbər xətti