İsrail və HƏMAS arasında sülh sazişləri elan edildikdən sonra İsrail Qəzza zolağına zərbələr endirməyə davam edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Mülki Müdafiəsi bildirib.
"Dünən gecə təklif olunan atəşkəs şərtlərinin əldə edildiyi elan edildikdən sonra Qəzzanın şimalı da daxil olmaqla, çoxsaylı partlayışlar qeydə alınıb. Bundan əlavə, Qəzza şəhəri intensiv hava hücumlarına məruz qalıb", - açıqlamada bildirilir.