Ermənistanın Vardanyan və digərləri vasitəsilə separatçıları silahlandırdığı sursatların həcmi açıqlanıb.
APA xəbər verir ki, bu barədə bu gün Ruben Vardanyan və digərlərinin barəsində davam etdirilən məhkəmədə bildirilib.
Məhkəmədə qeyd edilib ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyət göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.