Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Vladimir Putinin tapşırığı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçub.
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, görüş Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına həsr olunacaq.
"Bu gün xarici işlər naziri Lavrov və prezidentin köməkçisi Yuri Uşakov prezident Putinin tapşırığı ilə Ər-Riyada uçurlar. Gözlənilir ki, çərşənbə axşamı onların amerikalı həmkarları ilə Ər-Riyadda görüş keçirəcək. Görüş ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq", - Kreml nümayəndəsi bildirib.