Göyçayda müəllim evində ölü tapıldı

09:57 - 17 Fevral 2025 - ÖLKƏ İÇİ

Göyçayda mənzildə qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, fevralın 15-də Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova ilə əlaqə saxlaya bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Fevralın 16-da saat 18 radələrində FHN-in rayon şöbəsinin əməkdaşları müəllimin yaşadığı mənzilin qapısını açaraq içəri daxil olublar. Evdə M.Rəsulovanın cansız bədəni aşkar edilib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti