Deportasiya edilmiş hindistanlı miqrantları daşıyan üçüncü ABŞ hərbi C-17 nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab əyalətinə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindu qəzeti məlumat yayıb.
Hərbi Hava Qüvvələri ABŞ-da qeyri-qanuni yaşayan 112 hindistanlını vətənlərinə qaytarıb. Onların arasında Hindistanın Qucarat, Pəncab, Uttarakhand, Uttar Pradeş, Haryana və Himaçal Pradeş ştatlarının sakinləri də var.
Fevralın əvvəlindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarələri ilə ümumilikdə 335 hindistanlı respublikaya deportasiya edilib.
///tass