Neymar Braziliyanın "Santos" futbol klubuna qayıtdıqdan sonra ilk qolunu vurub.
Ucnoqta.az xəbər verir ki, "Santos" Paulista çempionatının 10-cu turunda evdə "Aqua Santo"ya qalib gəlib (3:1).
14-cü dəqiqədə Neymar penaltini qola çevirərək hesabı açıb. Forvard "Santos"un üçüncü qolu ilə epizodda assist edib.
Neymar üçün bu, onun kluba qayıtdıqdan sonra ilk məhsuldar hərəkətidir.
Yanvarın 30-da 33 yaşlı Neymar "Santos"la müqavilə bağladığını açıqlamışdı. O, daha əvvəl 2009-2013-cü illərdə bu klubda çıxış edib.
Futbolçu klubu ilə birlikdə Braziliya kubokunu və Libertadores kubokunu qazanıb.