Dehli bölgəsində 4,0 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib. Sakinlər arasında çaxnaşma olub, çoxları evlərini tərk edərək küçələrə qaçıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.