HƏMAS Qəzza zolağını Fələstin Milli Administrasiyasına təhvil verir

07:01 - 17 Fevral 2025 - DÜNYA

HƏMAS hərəkatı Qəzza zolağı Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduqlarını bəyan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Sky News Arabia məlumat yayıb.

Telekanal qeyd edir ki, Həmas Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Eyni zamanda HƏMAS tələblər irəli sürüb: onların hər hansı dövlət qulluqçusu yeni administrasiyaya daxil edilməlidir və onlara pensiyaların ödənilməsinə zəmanət veriləcək.

Xəbər xətti