Çin ordusunun təyyarə və gəmiləri Tayvana yaxınlaşıb

06:04 - 17 Fevral 2025 - DÜNYA

Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 41 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, herli vaxtla saat 06:00-da Tayvan ətrafında fəaliyyət göstərən 41 təyyarə, 9 Hərbi Dəniz Qüvvələri gəmisi və 1 rəsmi gəmi aşkar edilib.

Qeyd olunur ki, 41 təyyarədən 28-i Tayvan boğazının orta xəttini keçərək Tayvanın şimal, mərkəzi və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. 

Vəziyyət izlənilib, şəraitə uyğun cavab verilib. 

Xəbər xətti