Mayki Medison ən yaxşı qadın roluna görə mükafat qazandı

00:03 - 17 Fevral 2025 - Mədəniyyət

Amerikalı aktrisa Mayki Medison Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) ən yaxşı qadın rolu üzrə mükafatını qazanıb.

Ucnoqta.az xəbər verir ki, 25 yaşlı aktrisa prestijli mükafatı rejissor Şon Beykerin "Anora" (2024) dramında rus oliqarxının oğlu ilə qəfil evlənən Bruklinli gənc striptizçi roluna görə alıb.

Ən yaxşı ikinci plan qadın roluna görə mükafat Jak Audiardın Emilia Perez (2024) filmindəki performansına görə amerikalı Zoe Saldanaya verilib.

Xəbər xətti