ABŞ-da güclü yağışlar azı 9 nəfərin həyatına son qoyub

00:00 - 17 Fevral 2025 - DÜNYA

 ABŞ-ın Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Kentukki ştatında 8, Corciyada isə 1 nəfər qasırğa nəticəsində həlak olub. Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.

Kentukki qubernatoru Endi Beşir leysan yağışları ştatın son on ildə gördüyü ən ağır hava hadisələrindən biri adlandırıb.

Kentukki ştatının bir neçə yerində suyun səviyyəsi rekord həddə çatıb və yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamaq məcburiyyətində qalıb. PowerOutage monitorinq resursuna görə, ştatda 30 minə yaxın istehlakçı işıqsız qalıb.

Xəbər xətti