Azərbaycanda qayınata gəlinə qumbara atdı

18:19 - 16 Fevral 2025 - HADİSƏ

Goranboyda qumbara partlayıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti