“21.11.2023 tarixində paylaşdığım bu postu xatırladım. “Maskalar çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.
Ucnoqta.az xəbər verir ki, bunu “X” hesabında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Hikmət Hacıyev yuxarıda qeyd edilən sözləri Samanta Pauerə cavabının sonunda qeyd etmişdi.
Reminded of my post dated 21.11.2023.
“Mask Off! There is no place for USAID operation in Azerbaijan any longer!” https://t.co/qMRpit0ecn — Hikmet Hajiyev (@HikmetHajiyev) February 11, 2025