ABŞ-ın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama Amerikanın seçilmiş lideri Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, Obama cütlüyünün mətbuat xidməti bunu Associated Press agentliyinə təsdiqləyib.
Məlumata görə, keçmiş prezident Barak Obamanın 60-cı andiçmə mərasimində iştirak edəcəyi təsdiqlənib.
Keçmiş birinci xanım Mişel Obama bu qərarın səbəbləri açıqlanmayıb.
Mişel Obama ölkənin 39-cu prezidenti Cimmi Karterin dəfn mərasimində iştirak etməyib.