Bədbəxt hadisə nəticəsində əcnəbi vətəndaşın ölməsi ilə bağlı araşdırma aparılır

17:46 - 13 Yanvar 2025 - HADİSƏ

Abşeronda zavodda ölən və xəsarət alan şəxslərin Hindistan vətəndaşları olduğu müəyyənləşib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti