İspaniya Avropa fondundan yardım istədi

15:17 - 2 Noyabr 2024 - DÜNYA

İspaniya hökuməti daşqınların nəticələrinin aradan qaldırılması üçün Avropa Həmrəylik Fondundan yardım istəmə prosesinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın Baş naziri Pedro Sançes məlumat verib.
“Həmçinin nəzərinizə çatdırıram ki, biz Avropa Komissiyası ilə əlaqə saxlayırıq və biz Avropa Həmrəylik Fondundan yardım istəmək və digər icma dəstəyi resurslarından istifadə etmək üçün prosedurlara başlamışıq”, - Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

O, həmçinin fəlakət zamanı İspaniya ilə həmrəylik elan edən Aİ və digər ölkələrə təşəkkür edib.

Xəbər xətti