Hansı hallarda ailə vəziyyətinə görə hərbi xidmətdən möhlət verilir? -  RƏSMİ AÇIQLAMA

12:40 - 7 Oktyabr 2024 - Cəmiyyət

Bəzi vətəndaşları maraqlandıran məsələlərdən biri də ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən möhlət verilməsi məsələsidir.

Bəs hansı hallarda ailə vəziyyətinə görə möhlət verilir?

Bununla bağlı Sfera.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən açıqlama verilib. Qeyd olunub ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinin tələblərinə əsasən tənzimlənir.

“Sözügedən maddəyə əsasən, himayəsində I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət verilir”, - qurumdan bildirilib. 

Xəbər xətti