At südündən hazırlanan dondurma həm dadlı, həm də faydalıdır

06:45 - 9 Avqust 2024 - DİGƏR

Alimlər at südündən hazırlanan dondurmanın yalnız dadlı deyil, həm də sağlam olduğunu bəyan ediblər.

Ucnoqta.az xəbər verir ki, polşalı elm adamları PLOS One jurnalında at südündən hazırlanan qatıq və sinbiotik dondurmanın probiyotikləri ehtiva etdiyi üçün son dərəcə faydalı ola biləcəyini bildirən bir məqalə dərc ediblər.

Probiyotiklər insan sağlamlığına müsbət təsir göstərən, “pis” xolesterinin səviyyəsini azaldan və immunitet sistemini gücləndirən faydalı mikroorqanizmlərdir.

Ümumilikdə alimlər belə dondurmanın dörd növünü yaradıblar. Bütün nümunələr kifayət qədər tanış kremli dad və bir qədər kremli teksturaya malik idi.
Amerikalı alimlər qatıqların tərkibindəki probiotikləri qorumaq üçün onlara bir az bal əlavə etməyi məsləhət görürlər.

Xəbər xətti