Hövsan yolunda ağır qəza: Ölən var

11:26 - 23 May 2024 - HADİSƏ

Suraxanıda ölümlə nəticələnən qəza baş verib.

"Trend" xəbər verir ki, Seymur Ağa Əhməd oğlu Əliquliyevin idarə etdiyi "Hovo" markalı avtomobillə Hövsan - Türkan yolu ilə onun əks yolu istiqamətində hərəkət edən "Opel" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Opel" sürücüsü Baxşəli Əziz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Fakt bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər xətti